STS İnternational şirkətində İSO 9001:2008 keyfiyyət standartının tətbiqinə start verilmişdir.

STS International LLC şirkəti, 2012-ci ildə yaranıb və Azərbaycan Respublikasının ərazisində Chevron Lubricants şirkətinin rəsmi distribütoru olaraq və onun maraqlarını təmsil edərək, Azərbaycan bazarına yüksək keyfiyyətli sürtkü materiallarının çatdırılması sahəsində, lider olmağa çalışır.

Chevron öz növbəsində bu gün üçün ən böyük elmi ağırlıq şirkətlərindən biridir. Fəaliyyəti bütün sahələri əhatə edir və yüksək keyfiyyətli məhsul istehsal edərək dünya bazarında rəqabət apara bilən şirkətdir. Bilavasitə sürtkü materiallarının istehsalıyla məşğul olan, ABŞ korporasiyası Chevron Lublricants şirkəti nəticəsində artmışdır.

STS İnternational, müasir keyfiyyət standartlarına uyğunluğunu qarşısına goyub. Bununla bağlı 11 oktyabr 2013-cü ildə, STS International və AQS şirkəti müqavilə imzalayıb, ISO 9001:2008 standartına əsasən keyfiyyət sisteminin tətbiqi üzrə işə başladılar. ISO 9001:2008 keyfiyyət sistemidir və bütün dünyada yüksək nüfüza sahibdir.

Hər bir nəqliyyat vasitəsi sürtkü maddələri ilə ayrılmaz əlaqəlidir. STS International şirkəti, təcrübəli mütəxəssisləri , yalnız yüksək keyfiyyətli və orijinal məhsulları almağı təklif edir. Onuda unutmağ lazım deyilki, nəqliyyat vasitəsinin  xidmət müddəti, sürtkü materialından  tam aslıdır. STS International şirkəti layihə çərçivəsində, hədəfi optimallaşdırma və proseslərin sistemləşdirməsi üçün, mütəxəssislərə təlimlər keçirməyi planlaşdırır.

Həmçinin qeyd etmək istəyir ki, STS International şirkəti,  bir sıra sürtkü materialları üçün yeni standartların və normativ bazasının implementasiyasını planlaşdırır.

 http://az.trend.az/capital/business/2205584.html