Yeyinti sənayesi üçün sürtkü yağları

Yeyinti sənayesi üçün sürtkü yağları

Capella P68 oil

Capella P68 oil ISOSYN yüksək indeksli təməl yağlarının qarışığı və xüsusi aşqar paketindən ibarət yağ. Əla aşağı temperaturlu xüsusiyyətləri var.  Soyudan maddələrlə əla qarışır, yüksək termik emala malikdir. ammonyaklı soyutma sistemlərdə istifadə olunan fırlanan, porşenli, laylı kompressorlar üçün, eləcə də R_22 və R_502 soyudan maye istifadə edən  sistemlər üçün məsləhətlidir. İSO 68  özlülük sinfi ammonyaklı soyudan sistemlər istehsalçılarının təsdiq etdiyi yeganə sinifdir.

Lubricants oil FM-E

FM – E  sürtgü yağı – yeyinti sürtgüsüdür, yeyinti sənayesi avadanlığında (zəncirli ötürmələr) və digər avadanlıqda, zəncirlər, masalar, qabığı buxarla təmizləyən maşınlar və konveyerlər daxil olmaqla, bir dəfəlik istifadə üçün nəzərdə tutulmuşdur.  FM – E  sürtgü yağı həmçinin konservasiya yağı kimi istifadə edilə bilər. Məhsul yeyinti sənayesində istifadə olunan ənənəvi  ağ mineral yağlara nisbətən daha yüksək məhsuldarlığı təmin edir.

Lubricants oil FM

FM sürtgü yağları – ərzaq məhsulları ilə əlaqəli yeyinti sənayesində və digər xüsusi sahələrdə istifadə üçün nəzərdə tutulmuş premium xüsusiyyətli, universal yeyinti sürtgü materiallarıdır. FM sürtgü yağları sərt təmizlik standartlarına cavab verir, yüksək təzyiqli hidravlik avadanlığın, pnevmatik zavod avadanlığın (hava hazırlayıcı düyünlərdə), yüksək temperaturlu tənzimləyicilərin və dişli ötürməli mühərriklərin əla işini təmin edir.

Superla White oils

Superla White oils geniş diapazonlu özlülüyə malik doymuş parafinli və naftenli rəngsiz, dadsız və iysiz ağ yağlardır. Məhsul yeyinti sənayesində istifadə olunan ənənəvi  ağ mineral yağlara nisbətən daha yüksək məhsuldarlığı təmin edir və həm də kosmetika sənayesində istifadə edilir.

Seamer oil FM

Seamer Oil FM  ərzaq məhsulları ilə əlaqəsi olan konservləşdirmə avadanlığında  istifadə edilən yeyinti sənayesi üçün sürtgü materialıdır. Chevron Seamer Oil FM əla aşağı köpükyaratma xassələri və oksidləşdirici sabitlik hesabına ISO 150 özlülük kateqoriyasını tələb edən dövriyyə sistemləri üçün tövsiyə olunur.