Kompressor və dövriyyə yağları

Kompressor və dövriyyə yağları

Capella WF ISO-VG 32, 46, 68, 100

Capella WF  ISO-VG 32, 46, 68, 100 birbaşa distillə edilmiş yüksək keyfiyyətli naften əsaslı soyudan yağlardır, soyuducu avadanlığının və kondisioner sistemlərinin yağlanması üçün istifadə edilir. Bütün soyuducu sistemlərində istifadəsi məsləhətlidir. Freon və ammonyak sistemləri ilə əla uyğunlaşır.Əla aşağı temperatur xüsusiyyətləri vardır.  Soyudan maddələrlə əla qarışır. Yüksək termik qabiliyyətlidir. Suyun və parafinin olmaması avadanlığın xidmət dövrləri arasında daha uzunmüddətli iş dövrlərini təmin edir.

Cetus DE ISO 32, 68, 100, 150

Premium sinif kompressor yağlarıdır, sintetik diester təməl yağlarına əsaslanır, müasir istehsalatın və termoyüklənmiş kompressorların ehtiyaclarını ödəmək üçün xüsusi olaraq yaradılmışdır. Oksidləşməyə qarşı xüsusi davamlılıq yağ dəyişmələr arasında  intervalları  mineral yağlarla müqayisədə bir neçə dəfə  uzatmağa imkan verir. Ingersoll-Rand, Quincy, Sullair, Atlas Copco, və Gardner-Denver porşenli və fırlanan vintli kompressorlar üçün istifadə olunur.

Birləşmiş Ştatların kənd təsərrüfatı Departamentində (USDA)  ət və quş kombinatlarında  qida ilə əlaqəsi olmayan (H2) sürtkü kimi istifadə üçün qeydiyyatdan keçmişdir.

Cetus Hipersyn İSO 32, 46, 68, 100, 150, 220, 320, 460 (Formerly: HiPerSYN oils)

Cetus Hipersyn İSO 32, 46, 68, 100, 150, 220, 320, 460 sintetik dövriyyə yağlarıdır. Yüksək təmizlənmə dərəcəsinə görə yüksək termodavamlı və oksidləşməyə davamlıdır, bunlar unikal aşqarlar kompleksi ilə güclənir. Kompressor, ox dayaqları və dişli ötürmələrin yağlanmasında istifadə edilir. Hava kompressorlarında istifadəsi tövsiyə edilir.

Cetus PAO

Müasir çoxfunksiyalı aşqar paketi olan poliolefinlərə əsaslanan tam sintetik kompressor yağlarıdır. Cetus PAO compressor yağları fırlanan vintli, çoxpilləli və birpilləli porşenli, eləcə də çoxpilləli və birpilləli mərkəzdənqaçma kompressorlarda istifadə üçün tövsiyə olunur, gəmi dizel mühərriklərinin turbo nasosları üçün uygundur.

Tegra Synthetic Compressor oils

Tegra Synthetic Compressor oils polialfaolefin əsasında unikal aşqar paketi əlavəli  sintetik compressor yağları  seriyasıdır. Sərt istismar mühitində  işləyən yağ doldurulmuş bütün  tip vintli və laylı kompressorlar üçün məsləhətlidir. Mineral əsaslı  adi məhsullarla müqayisədə bu məhsulun tətbiq edilmə sahəsi daha geniş, donma temperaturu daha aşağıdır.

Tegra Synthetic Compressor oils HC

Compressor yağları sintetik sürtgü yağları seriyasına aiddir.  Oksidləşməyə qarşı xüsusi davamlılıq yağdəyişmələr arasında  intervalları  mineral yağlarla müqayisədə bir neçə dəfə  uzatmağa imkan verir. Məhsulun unikal formulu əksər kompressorlarda, xüsusilə portativ və stasionar fırlanan vintli, fırlanan laylı və porşenli kompressorlarda birpilləli və çoxpilləli istifadədə əla nəticələrə nail olmağa imkan verir.

Tegra Synthetic Compressor oils HC

Cylender oils W ISO 220, 460 и 680 – əsasən yüksək temperatur və təzyiq altında işləyən silindrli buxar mühərrikləri üçün nəzərdə tutulmuş yüksək özlülüklü mineral yağlardır. Uzadılmış xidmət intervallarına malikdir. Minimal kömürləşməni təmin edir. Emulsiyalaşan silindr yağlarına olan tələblərə uyğun hazırlanan buxar silindrləri üçün yüksək özlülüklü yağlardır. Həmçinin tırtılötürmələrin yağlanmasında istifadəsi tövsiyə olunur. Cylinder Oils W ISO 220, 460 və 680 yağları müvafiq olaraq, 5, 7 və 8 kateqoriyalı AGMA 9005 – E02 təsnifatı ilə təsdiq olunmuşdur.

Canopus oils 13, 68

Ağır  istismar şəraitində işləyən pnevmatik qazma avadanlığı üçün (perforatorlar, qazma əl çəkici, boruvari qazma çəkici və s.) unikal yağlardır. Ətraf mühitin temperaturundan minimal asılılığı vardır.   Səmərəli yağlayıcı təsiri və çox möhkəm yağ qatını təmin edir, habelə yüksək özlülük indeksi var.

HDAX NG screw compressor oils

HDAX NG Screw Compressor oils ISOSYN ™ təməl yağlarından və külsüz əlavələrdən ibarətdir. Yüksək özlülük indeksi və axıcılıq itkisinin ekstremal aşağı temperaturu bu sürtgü məhsulunun soyuq halda  axıcılığını qoruyub saxlamasına imkan verir, yağlanmaya ehtiyacı olan hərəkətli detalları qoruyur.

Syntholube compressor oils

Bu sürtgü məhsullar diester efirlərin və aşqarların xüsusi paketi əsasında yağlardır. Sərt istismar şəraitində işləyən porşenli və vintli sənaye kompressorları üçün tövsiyə edilir. İstənilən iş rejimində yüksək yağlayıcı keyfiyyətlərə malikdir. Kömürləşmə və lak yaranmasını minimal dərəcədə təmin edir.

SBR rubber, Low nitrile Buna N, Acrylic paint, Lacquer, Polystyrene, PVC, ABS kimi  qatılaşdırıcı materiallarla istifadə etmək olmaz.

Synthetic compressor oil FM

Polialfaolefinlər əsasında sintetik kompressor yağıdır. US Food and Drug  Administration (FDA) 21 CFR 178.3570, USDA H1, NSF H1təsnifatına uyğundur. İstehsalçılar: Kosher, Pareve. Yeyinti istehsalında istifadə olunan fırlanan və porşenli,  hava kompressorları üçün tövsiyə edilir. R & O yağı kimi də istifadə oluna bilər. HFC-134A soyudan maddə ilə işlətmək olmaz.