Müasir minik avtomobilləri və kommersiya nəqliyyat növləri üçün premium dərəcəli mühərrik yağlarıdır. Sintetik xüsusiyyətli yağların əsasında istehsal olunur və qatılaşdırıcının yüksək yüklənmələrinə davamlıdır həmçinin tərkibində detergent, dispersion, aşınmaya qarşı olan, köpüklənməyə qarşı, antioksidləşdirici aşqarlar və korroziya inhibitorları mövcuddur. Yüksək temperaturda oksidləşməyə qarşı mükəmməl stabillik qatılaşmanın və mühərrikin karterində çöküntülərin formalaşmasının qarşısını alır.
Super əlavəli və ya turbo əlavəli yeni vəyüksək kvalifikasiyalı mühərriklərin yüksək səviyyədə müdafiəsini təmin edir. Mühərrikin yüksək verimliliyini təmin etməyə qadirdir və istehlakçının sport və ya dəbdəbəli avtomobillərə qoymuş olduğu investisiyaları əminliklə qoruyur. Havoline Synthetic Motor Oils silsiləsindən olan bütün yağlar 100% sintetik təməl yağları əsasında işlənib hazırlanmışdır. Sintetik yağların olduqca aşağı uçuculuğu və yüksək stabilliyi yağın az istehlakına imkan verir , mühərrikin sürətli işə salınması (xüsusilə aşağı temperaturda) və hərəkətli hissələri olduqca sürətli yağlanmasını təmin edir.
Premium dərəcəli mühərrik yağları müasir minik və sport avtomobillərinin, kommersiya nəqliyyatının, motosikletlərin, həmçinin digər səyyar və ya stasionar texnikanın enerjiyə qənaət edən SAE 5W-30 qatılaşmalı API SN/Resource Conserving (ILSAC GF-5) keyfiyyəti tövsiyyə edilən, dörd taktlı benzin mühərriklərinin yüksək səviyyədə müdafiəsini təmin etmək üçün işlənib hazırlanmışdır. Yağ Chrysler MS 6395, Ford WSS-M2C946-A, General Motors GM 6094M –in istehlakçı xarakteristikalarına görə OEM in müsbət rəyini almışdır və GM dexos1™ tələblərinə cavab verir.
Mühərrik yağları yüksək istifadə və aşınması olan benzin mühərriklərinin güvənli istismarı üçün işlənib hazırlanmışdır. Bu silsilədən olan bütün məhsulların tərkibində hermetlərin müdafiəsi üçün xüsusi qatılaşdırıcı aşqarlar və komponentlər mövcuddur ki, bu da yağın dəyişilmə intervallarında sızmaların minimuma endirilməsinə və atıntılara sərfiyyatı azaldılmasına kömək edir.
Supreme High Mileage mühərrik yağları yüngül yük avtomobilləri və minik avtomobillərinin bütün növ benzin mühərriklər üçün tövsiyyə edilir. Onlar 2007 ci il və daha erkən istehsal olunan, qaz atıntı emissiyasına nəzarət sistemi ilə təchiz edilmiş bütün növ avtomobil mühərriklərinin tələblərini ödəyir, həmçinin API SM və ya öncəki APİ verisyasının standartlarına cavab verir. Bu yağlar xüsusilə böyük yürüyüşü olan avtomobillər üçün işlənib hazırlanmışdır. Avtomobilin istismarı müddətində onun texniki xüsusiyyətləri dəyişir, qorucu təbəqələr aşınır, bağlantıların hermetikliyi pozulur və istifadə olunan yağın həcmi artır. Birləşmələrin hermetikliyini bərpa edən, xüsusi reagentləri olan Supreme High Mileage Motor oil yağlarının davamlı istifadəsi onların normal vəziyyətdə qalmasına yardım edir və axmanı minimuma endirir. Bu yağların tətbiqi tullantı itgisini aşağı salır çünki yüksək iş yüklənməsi zamanı buxarlanma sərfiyyatı azalır.
Chevron Supreme Motor oil yağları minik avtomobillərində, yüngül yük avtomobillərində, motorlu katerlərdə, motosikletlərdə və digər səyyar və stasionar texnikada quraşdırılmış bütün növ dörd taktlı benzin mühərriklərində istifadəsi tövsiyyə edilir. Onlar xüsusilə işlənib hazırlanıb və turbobəslənmə ilə təchiz edilmiş minik avtomobillərinin və ya yüngül yük avtomobillərini yüksək dövriyyəli mühərriklərinə ideal uyğun gəlir.
Bu yağlar API SM və ya daha öncəki API “S” kateqoriyalı yağların istifadəsi tövsiyyə olunan bütün növ dörd taktlı benzin mühərrikləri qurulmuş minik və sport avtomobillərin, həmçinin yüngül yük maşınlarının, motorlu katerlərin, motosikletlərin həmçinin digər nəqliyyat və stasionar avadanlıqlarında istifadəsi tövsiyyə edilir. Onlar həm təzə həm də böyük yürüyüşü olan yüksək dövriyyəli mühərriklərə uyğun gəlir. Chevron Supreme Synthetic Blend Motor Oils yağları turbogücləndiricili mühərriklərdə istifadə üçün xüsusilə işlənib hazırlanmışdır.
100% sintetik Supreme Synthetic Motor Oils mühərrik yağları mühərrikin maksimal müdafiəsini tələb edən sürücülər üçün işlənib hazırlanmışdır. Bu yağlar sizin avtomobilinzə qoymuş olduğunuz sərmayənizi qorumağa yardım edəcək. Chevron Supreme Synthetic Motor Oils sintetik yağları superəlavəli və ya turbo gücləndiricili yüksəkeffektivliliyə malik böyük mühərrikləri yüksək səviyyədə mühafizə edir. Minik və idman avtomobilləri, həmçinin yüngül yük avtomobillərinin dörd taktlı benzin mühərriklərinə tövsiyyə edilir.
Techron Concentrate Plus yanacaqın yeridilmə sistemində yaranan qalıqların , həmçinin benzin mühərriklərinin alışma kameralarında olan hisin aradan qaldırılması üçün olan yanacaq əlavəsidir. Bu məhsul ən yeni yanacaq əlavəsi nəslinə aiddir , benzin və etanol (Е10 və Е85) qarışığı əsasında olan yanacqla birlikdə istifadə üçün adaptasiya edilib. Onun yarımefir- amin (PEA) formulu benzin mühərriklərində işə salma sisteminin tam təmizlənməsini təmin edir, yanacaq sisteminin komponentlərinin iş qabiliyyətini fabrik dəyərlərinə yaxın dərəcədə bərpa edir. Bir dəfəlik istifadə (50-70 litir benzin doldurulmuş yanacaq çəninə əlavə edildikdə) yanacaq forsunkalarını təmizləyir və yanacaq püskürtməni normaya salır, giriş klapanlarında və alışma kamerasında yaranan zərərli qalıqları aradan qaldırır. Techron Concentrate Plus un tətbiqindən yaranan kombinə edilmiş effekt avtomobilin dartı gücü və yanacağa qənaət xüsusiyyətlərini bərpa edir, mühərrikin daha yaxşı “cavab verməsini” və elastikliyini təmin edir.
Delo XLD Multigrade çox yaxşı xarakteristikası olan yağdır, qeyri-ənənəvi təməl yağ texnologiyası ilə hazırlanmış və dizel mühərriklərinin mükəmməl işini təmin etmək və çox ağır şəraitlərdə çalışan müasir güclü dizel mühərriklərinin qorunması üçün işlənib hazırlanmışdır. Daimler Chrysler 228.5 son spesifikasiyalarına əsaslanan bu yağ avropa istehsalçılarının ən son tələblərinə cavab verərək yağ dəyişmə intervalını maksimal dərəcədə böyüdür. O həmçinin Euro 2 standartlarında olan mühərriklərdə üstün performans göstərir. Chevron Delo XLD Multigrade yağları bir çox dörd taktlı çətin şəraitdə çalışan dizel mühərriklərində o cümlədən bir çox yapon istehsalı modellərdə istifadə üçün uyğun olur.
Hava və su soyutmalı ikitaktlı mühərriklər üçün universal yağ. Porşenlərdə qalıntıların yaranmasının qarşısını alır ,həmçinin qığılcımlı işə düşmənin problemlərini aradan qaldırır. Tərkibi, porşen halqalarını təmizləyərək mühərrikin effektiv işini təmin etmək üçün işlənib hazırlanmış bezzol detergentdən ibarətdir. Xüsusi həlledici ən kəskin temperaturlarda belə yağın yanacaqla qarışmasını asanlaşdırır. Havoline 2- Cycle Engine Oil TC-W 3 yağı NMMA TC-W3 standartlarına görə lisenziyalaşdırılmışdır, ISO-L EGB (JASO FB) meyarlarına və API TC –in hava ilə soyutulan iki taktlı mühərriklər üçün tələblərinə uyğundur.
Tətbiq edildiyi sahələr- katerlər və motorlu qayıqlar, qar motosikletləri və motorollər, qolf-mobillər və ot biçənlər, motorlu mişarlar və trimmerlər, həmçinin iki taktlı mühərriki olan digər texnika.
Qarışıq növ donanım üçün motor yağı. Dördtaktlı turbogücləndiricili və ya onsuz dizel mühərrikləri, həmçinin API CJ-4 və ya API SN standartlarına uyğun və SAE 5W-30 və ya API SM qatılıq sinfində SAE 5W-40 qatılıq sinfinə aid olan yağların məsləhət görüldüyü dördtaktlı benzin mühərrikləri üçün tövsiyyə edilir. Delo 400 LE Synthetic SAE 5W-30 mühərrik yağı ACEA European Service Categor ies E6, E7, E9; Caterpillar ECF-3;JASO DH-2; JASO DH-2; MB 228.51 və 228.31; MTU 3.1. dərəcəli tələblərinə cavab verir.
Chevron Delo 400 yağları qarışıq istiqamətlərdə istifadə olunur , dörd taktlı benzin həmçinin sərt və dəyişkən iqlim şəraitində istismar edilən bütün dördtaktlı və ikitaktlı dizel mühərriklərinə tövsiyyə edilir. İşlənmiş atıqların azaldılması yönündə olan tələblərə uyğun hazırlanmış, silindirin dörd klapanlı başlığlı, turbogücləndiricili, yanacaq injektorları ilə bağlanan işədüşmənin zamanlanmasıyla, daha qısa porşenlərlə, böyük güclü, alışmanın 15,858kPa və daha yüksəkdə maksimal təziqli , aralıqlı soyutma ilə, yanacağın elektron paylanması və kotalitizatorlu neytralizatorlarla yeni mükəmməlləşdirilmiş mühərriklərdə tətbiq edilir. Yağlar həmçinin daha köhnə mühərriklərin istismar göztəricilərinin yaxşılaşdırılması, orta, yuxarı və aşağı kükürd tərkibli dizel yanacağının istifadəsi üçün işlənib hazırlanmışdır.
Gücləndiricili , turbogücləndiricili və onsuz dörd taktlı dizel mühərrikləri üçün tövsiyyə edilir. O kommersiya nəqliyyatı, kəntəsərrüfatı, tikinti, dəniz və digər yolsuzluq texnikası kimi qarışıq avtoparklara ideal uyğun gəlir. Ursa Super Plus 2007 ci ilədək istehsal olunmuş gücləndiricili , turbogücləndiricili və onsuz bütün növ dörd taktlı dizel mühərriklərinin , həmçinin 2007 ci il və sonrasında istehsal olunmuş aşağı tullantı qaz dərəcəli mühərriklərin tələblərinə cavab verir.
ISOSYN texnalogiyası əsasında hazırlanmış premial mühərrik yağları qığılcımlı alışma və ya özündənalışmalı, CNG/LNG qazı ilə ağır şəraitdə yüksək yüklənmə ilə çalışan qaz mühərrikləri üçün işlənib hazırlanmışdır. Klapanların aşınmasını minimuma endirir və mükəmməl müdafiəsini təmin edir, qalığların toplanmasını mükəmməl idarə edir, yağın yanmasını və ümumi israfını azaldır. Delo 400 motor yağı Cummins CES 20074 natural gas və Detroit Diesel 93K216 mobile gas tələblərinə cavab verir.
Chevron Delo 400 Multigrade SAE 15W-40 motor yağı yüksək keyfiyyətli motor yağları bazarında avadanlıqların istehsalçılarının və istehlakçılarının tələblərindən də üstün olaraq liderliyini qoruyur. ISOSYN təməl yağları əsasında istehsal edilir. Qarışıq avtoparklar üçün nəzərdə tutulmuşdur və dördtaktlı turboəlavəli və əlavəsiz, həmçinin SAE 15W-40 qatılıqlı API CI-4 PLUS standartlı yağların istifadəsi tələb olunan dörd taktlı benzin dizel mühərrikləri üçün tövsiyyə edilir. Dəyişkən və sərt iqlim şəraitində çalışan mühərriklər üçün işlənib hazırlanmışdır.
Qarışıq növ avtoparklara xidmət üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli mühərrik yağıdır. Bütün dördtaktlı benzin mühərriklərin və 2007 ci ilədək istehsal olunmuş köhnə model turbogücləndiricili və gücləndiricis mühərriklərin istehlak tələblərinə cavab verir. Bu universal mühərrik yağı yüksək qatılaşma və əlavələr indeksli təməl yağlarının əlavə edilməsi ilə istehsal olunan universal mühərrik yağıdır; tüstü qalığı, lakdan, kül qalıqlarından, aşınmadan, oksidləşmədən, köpüklənmədənə, korroziya və paslanmadan maksimal müdafiəni təmin edir. Bu yağ mühərrikin yüksək temperaturlarda (xüsusilə porşen və halqalar zonasında) işi nticəsində sərt qalıqların yaranmasını azaldır. Həmçinin lak yaranmasının qarşısını alır və mühərrikin önəmli düyünlərinin çirklənməsinin qarşısını alır. Chevron Ursa Super Plus yağı həmçinin yüksək temperaturda oksidləmədən və korroziyalardan qoruyur. Bu yağın istehsalında ən yeni texnologiyalardan istifadə olunduğu üçün adi və ya aşağı kükürd səviyyəli yanacaqdan istifadə edən 2007 ci ilə qədər istehsal olunmuş, köhnə model mühərriklərin istehsal gücünü artırır.
Dizel mühərrikləri üçün yüksək keyfiyyətli karter yağıdır. Seçilmiş parafinli təməl yağları təmizləyici, dispersiya edici, aşınmaya qarşı , antioksidləşdirici əlavələr, həmçinin korroziya və köpüklənmə inhibitorları əsasında hazırlanır. Yüksək temperaturda iş zamanı porşenlərdə hiss çöküntülərinin yaranmasının qarşısını alır, həmçinin aşağı temperaturlarda istismar zamanı yaranan çöküntülərdən qoruyur; yağın qatılaşmasını azaldaraq yüksək temperaturda oksidləşməyə qarşı müqavimətini artırır; mühərrikin təmizliyini təmin edərək onun iş müddətini uzadır.
Chevron RPM, ağır şəraitdə istifadə edilmək üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli yağlardır, qarışıq avtoparklarda istifadə olunur və bütün dördtaktlı benzin mühərriklərinin, həmçinin atmosferli, turbogücləndiricili və supergecləndiricili dizel mühərriklərininistənilən istitənilən istifadə formasında istismar tələblərinə uyğun gəlir. Yüksək qatılıq indeksli və əlavəli seçilmiş təməl yağları əsasında hazırlanmış bu çoxməqsədli mühərrik yağları çöküntülərdən maksimal müdafiəni, hissyaranmasını, kül qalıntılarını, aşınmanı, oksidləşməni, köpüyün , korroziyanın və paslanmanın yaranmasının qarşısını alır. Onlar hiss qalıntıları yaranmasının qarşısını alır və mühərrikin əsas hissələrinin təmizliyini qoruyur. Bu yağlar aşağı temperaturlarda rahat dövr edərək mühərrikin soyuq işə salınmasını asanlaşdırır və aşınmanı azaldır. Onlar həmçinin korroziyadan qorumanı təmin edərək yüksək temperaturda oksidləşməyə qarşı müdafiəni artırır.
API CJ-4 kateqoriyalı mühərrik yağları ağır texnika və yük nəqliyyatı üçündür. Delo 400 XLE Synblend SAE 10W-30 – qarışıq avtoparklarda istifadə olunan Premium sinif yarımsintetik yanacaq mühərrik yağıdır. Turbogücləndiricili və gücləndiricisiz dizel mühərrikləri , həmçinin API CJ-4 və ya SM standartlı və SAE 10W-30 qatılıq dərəcəli yağ tələb olunan dördtaktlı benzin mühərriklərində istifadəsi tövsiyyə olunur.
HDAX LFG orta kül dərəcəli , təmizləmə və özündə saxlama xüsusiyyətli üzvi tullantılardan hasil edilən “turş” qazlar və qazların yanacaq kimi istifadə olunması halları üçün yaradılmış yüksək keyfiyyətli yağdır. Chevron HDAX LFG həmçinin daha çox orta kül dərəcəli yağların istifadə olunduğu (məsələn Superior və Waukesha) dördtaktlı mühərriklərin klapanlarının yüksək dərəcədə müdafiəsini təmin edir. Bu yağ porşenlərdə çöküntü yaranması, porşen üzüklərinin “yatmasının” qarşısını alaraq mükəmməl müdafiəsini təmin edir. Bu yağın yüksək qələvilik və hislənməyə qarşı xüsusiyyətləri bu yüksək keyfiyyətli yağı bütün dörd taktlı qaz mühərriklərində uzun intervallı yağ dəyişilmələri üçün uyğun edir. HDAX LFG istifadəsi tövsiyyə edilir: üzvi tullantılardan əldə edilmiş və yüksək dərəcəli xlor – C-F-Cs ftorkarbohidratlı təbii qaz ilə qidalanan dörd taktlı mühərriklər; əgər “turş” qazlardan istifadəsi zaman mühərrikin hissələrinin korroziyadan xüsusi müdafiəsi gərəkdirsə; klapanların aşınmadan qorunması və silindirlərin başlıqlarının iş qabiliyyətini artırmaq üçün yüksək küllənmə dərəcəli yağların istifadə olunduğu mühərriklərdə. HDAX LFG yağı API Service Category CD iş qabiliyyəti tələblərinə tam cavab verən sürtkü materialıdır. Üzvi tullantılardan alınan qazların yanacaq kimi istifadəsində Waukesha rəsmi olaraq istifadəsinə icazə verilir.
Chevron HDAX Low Ash Gas Engine Oils yanacaq olaraq təbii qazın istifadə olunduğu sənayə mühərrikləri üçün yüksək keyfiyyətli sürtgü materialıdır. Bu yağ ISOSYN təməl yağları əsasında, təbii və sintetik qaz ilə çalışan mühərriklər üçün hazırlanmışdır və sintetik xüsusiyyələrə malikdir.
Chevron RPM Gas Engine Oil mühərrik yağları – sıxılmış təbii qazlar (CNG), azaldılmış təbii qazlar (LNG) və azaldılmış neft qazı (LPG) ilə çalışan mühərriklər üçün yüksək keyfiyyətli universal yağdır. Bu mühərrik yağının tərkibinə II qrup təməl yağları həmçinin elektro sadə qarışımlar və təbii qazlarla çalışan elektro işə salınmalı mühərriklər üçün xüsusilə əlavə olunmuş azküllü aşqarlar daxildir.
Delo 710 LE dəniz, dəmiryolu sahəsində və elektrik enerjisi istehsalında EMD və GE mühərriklərdə istifadə etmək üçün premieum sinif yağlardır dizel yanacağ sahəsində aparıcıdır. Sürtgü materialı LSD, ULSD və az tullantı dərəcəli yeni mühərriklərdə istifadə üçün xüsusilə istehsal olunub.
Qaz mühərrikləri üçün nəzərdə tutulmuş , halqaların və silindir altlığının az aşınmasını təmin edən disperqasiya xüsusiyyətli, yüksək keyfiyyətli, külsüz yağlar ailəsi; porşenlərin dibində, klapanlarda , alışma kameralarında, forsunkaların alışdırıcı şamlarında və yükləyicilərində çöküntülərin həcmini azaldaraq detonasiyaarın yaranma riskini aşağı salır; külsüz dispersantların istifadəsi nəticəsində mühərrikdə təmizliyi qoruyur; yağın uzunmüddətli xidmətini təmin edir, belə ki, külsüz oksidləşmə inhibitoru qatılaşmanın artmasını minimuma endirir. 15W-40 kateqoriyalı yağlar xüsusi depressor əlavələr sayəsində daha etibarlı soyuq işə salmanı və əla pompalana bilməni təmin edir. Təbii qazla çalışan, yüksək dövriyyəli, turbogücləndiricili , külsüz yağların tələb olunduğu istənilən iki taktlı və bəzi dörd taktlı sənaye mühərriklərində tətbiqi tövsiyyə olunur.
Yüksək keyfiyyətli mühərrik yağı. Tərkibində çox kükürd olan dizel yanacağından istifadə edən porşenli dizel mühərrikinin işi zamanı yaranan tələblərin təmin edilməsi üçün yüksək dərəcəli təmizlənmə, yüksək indeksli parafinli təməl yağları ilə hazırlanır.
Yüksək keyfiyyətli mühərrik yağları yüksək istehsalçı 1.5% dək kükürd tutumlu gəmi dizel yanacağı ilə çalışan mühərriklərin ən yeni modellərində, müxtəlif orta dövriyyəli porşenli mühərriklərdə istifadə üçün nəzərdə tutulmuşdur. Bu yağda müvcud olan aşınmaya qarşı əlavələr yüklənmələrə mükəmməl davam gətirir və əla aşınmaya qarşı xüsusiyyətləri vardır. Dişli FZG ötürücüsünün sınaqlarından əldə edilmiş göstəricilər bu yağların azaldıcı ötürmələrdə (reduktor) istifadəsinə icazə verir, həmçinin əgər əlavə aşınmaya davamlılıq və fövqaladə yüksək təziqlərə davam gətirmək xüsusiyyətləri böyük əhəmiyyət kəsb edirsə. Chevron Marine Engine Oils Delo1000 Marine SAE 50 gəmi mühərrikləri üçün yağlar kreyskoplu dizel mühərriklərdə bölünmələr üçün nəzərdə tutulub.
Bu yağları iki sinfə bölmək olar:
Taro 20 DP SAE 30, 40 – yüksək qələvi göstəricili keyfiyyətli mühərrik yağıdır, az kükürdlü ağır yanacaq növü və ya gəmi mühərrikləri üçün yanacaq (MDO) tətbiq olunan orta və yüksək dövriyyəli tronk porşenli dizel mühərrikləri üçündür. Taro 20 DP bütün gəmi dizel mühərriklərinin istehsalçıların tələblərinə nəzərdə tutulub.
Taro 30 DP SAE 30, 40 – pistonlu, maksimum 4% kükürd tərkibli mazut istifadə olunan dizel orta və yüksək dariyyəli, magistral mühərrirləri üçün nəzərdə tutulan yüksək keyfiyyətli motor yağlarıdır. Taro 30 DP bütün gəmi dizel mühərriklərinin istehsalçıların tələblərinə nəzərdə tutulub.
Taro 40 XL – yüksək qələvi göstəricili keyfiyyətli mühərrik yağıdır , maksimal olaraq 5% -ə qədər kükürd tərkibli mazutun istifadə olunduğu orta və yüksək dövriyyəli tronk porşenli dizel mühərrikləri üçündür.
Taro Special HT 70 – Bu SAE50 markalı yüksək keyfiyyətli 70 qələvi göstəricili silindir sürtgü yağıdır. O çox yüksək mexaniki və temperatur yükü altında çalışan aşağı sürətli mühərriklərin yağlanması üçündür. Taro Special HT 70 yağlarının tərkibinə yüksək keyfiyyətli parafinli təməl yağları və çox diqqətlə seçilmiş aşqarlar daxildir ki, onlar silindirin halqalarının və qollarının maksimal müdafiəsini təmin edir və aşağı dövriyyəli kreysopflu mühərriklərin porşen ərazisində təmizliyi saxlayır. Taro Special HT 70 yağı yüksək temperatur və iş təziqində istifadə üçün xüsusilə istehsal edilmişdir. Bütün yüksək spesifik güc çıxışı və yüksək termal yüklərdən işləyən böyük yavaş sürətli dəniz dizel mühərriklərin silindir yağlaması üçün tövsiyyə edilib.
Yavaş sürətli kreyskopflu dizel mühərriklərinin karterləri üçün yüksək keyfiyyətli sürtgü materialı. Yüksək təmizlənmə dərəcəli çox efektiv korroziya və köpük yaranmasına qarşı inhibitorların əlavə olunması yolu ilə hazırlanır. Veritas 800 Marine Oil aşınmadan qoruyur, yuyucu xüsusiyyətləri vardır, korroziyadan, paslanmadan qoruyur,tez təmizləyici xüsusiyyətləri vardır. Wärtsilä-NSD (Sulzer), MAN-B&W və Mitsubishi şirkətlərinin kreyskopflu mühərriklərinin tələblərinə cavab verir. Bu yağlar aşınma və korroziyadan qoruyur, yuyucu xüsusiyyətlərə malikdir, paslanmanın qarşısını alır, tez təmizlənməyə zəmanət verir. Chevron Veritas 800 Marine yağının yuyulması nəinki gərək deyil heç tövsiyyə olunmur.
Yüksək dispersion xüsusiyyıtli və yüksək qələvililk ehtiyyatı mühərrik yağları.(17). Əsasən kobatajlı və daxili üzmələrdə istifadə olunan yardımçı gəmilərdə, elektrogeneratorlu qurğularda və digər avadanlılarda EMD və ya lokomotiv tipli dizelin quraşdırıldığı tərkibində sink olmayan sürtgü materialları tələb olunan orta sürətli dizel mühərrikləri üçün istehsal olunub. Electro Motive Division GM, GE (General Electric) istehsalçısının məhsuludur.