Transmissiya yağları və mayyelər

Transmissiya yağları və mayyelər
Avtomatik ötürmə qutusu üçün

Atomatic Transmission Fluid Type F SAE 10

Chevron ATF Type F yağı 1977 ci ilədək (və 1977 ci ildən 1981 ilədək bəzi modellər), Ford Motor şirkəti və digər Type F yüksək keyfiyyətli mayelər tələb edən istehsalçılar tərəfindən istehsal olunan

avtomatik trasnmissiyalar üçün yüksək keyfiyyətli sürgü mayesidir. Yüksək keyfiyyətli turşulanma və termal stabilliyi təmin edən, friksion nəzarət, təmizlik, yük daşıma bacarığı, korroziya və pasdan qorumanı və köpüklənmədən xəbərdarlıqlı təməl yağları və aşqarlar əsasında hazırlanır. Axma nöqtələrini asanlıqla müəyyən etmək və rahat tanınması üçün qırmızı rəngə boyan mışdır. Chevron ATF Type F çöküntülərdən, korroziya və aşınmadan qoruyur, asan ötürməni təmin edir, turşulanmanın və qatılaşmanın artmasının qarşısını alır və transmissiyanın uzun müddətli resursunu təmin edir.

Havoline ATF DEXRON-VI

General Motors HydraMatic 2006-cı ildən istehsal olunan avtomatik transmissiya üçün  xüsusilə istehsal olunmuş yağdır. Ən öncül texnalogiyalarla seçilmiş sintetik təməl yağlar əsasında istehsal olunur və General Motors şirkətinin DEXRON-VI GMN10060 spesifikasiya üzrə 1-60357 nömrəli lisenziyası mövcuddur. Ötürmənin effektiv və axıcı keçirilməsi üçün sürtünmə koefisientinin stabilliyini təmin edir. Həmçinin DEXRON-III və ya DEXRON-II spesifikasiyalı mayelərin vacib olduğu avtomatik ötürücülərdə və onlarla qarışıq əsas ötürücülərdə istifadə oluna bilər. Normal istismar şərtlərində servislərarsı uzadılmış dəyişmə intervalında istifadə zəmanəti vardır.

Havoline ATF MD-3

General Motors, Ford Motor Company və 2006 cı istehsal ilinə qədər, digər  istehsalçıların universal transmission maye tələb edən avtomatik güc ötürmə qutuları üçün işlənib hazırlanmışdır. Bu məhlul DEXRON-III(H), MERCON, Allison C-4 və daha erkən dərəcəli maye tələb olunan transmission sistemlər üçün tövsiyyə olunur. Premial təməl yağlarından hidrokrekinq texnologiyası və xüsusən seçilmiş mükəmməl termal davamlılığı təmin edən, turşulanmaya davamlılğı, sürtünmə koefisientinə nəzarəti, böyük yüklənmələrdə effektiv işi, korroziyadan və aşınmadan mükəmməl müdafiəni təmin edən aşqarlarların əlavəsi ilə hazırlanır.

Synthetic ATF Heavy Duty

Synthetic Automatic Transmission fluid Heavy Duty – avtomatik transmissiyalar üçün sintetik transmission mayedir. DEXRON-III tipi mayenin tələb olunduğu General Motors şirkətinin transmissiyalarında, həmçinin MERCON mayesi tələb olunan  Ford motor Company transmissiyalarında istifadə üçün istehsal olunmuşdur. Bu DEXRON və MERCON keyfiyyətinə cavab verən mayenin tələb olunduğu istənilən növ transmissiya üçün əla seçimdir.

ATF Multi-Vehicle

Chevron Multi-Vehicle ATF –ən son texnologiya ilə istehsal olunmuş qırmızı rəngli  yüksək effektiv universal transmission mayedir. Bu maye çox detallı hidrotəmizlənmə keçən, və turşulanmaya qarşı yüksək dözümlülüyü və termik stabillik təmin edən, detalları sürtünmədən, yüksək iş yüklənmələrindən həmçinin korroziya və aşınmadam qoruyan aşqarlar toplusundan və yüksək keyfiyyətli təməl yağları əsasında hazırlanmışdır. Chevron Multi-Vehicle ATF –ın istifadəsi transmissiyanın detallrında qalığların və digər zərərli çöküntülərin, həmçinin köpüklənmənin yaranmasının qarşısını alır. DEXRON_II D, DEXRON_II E, DEXRON_III, MERCON, MERCON V və Allison C_4 tələblərinə cavab verən mayenin istifadəsi lazım olan bütün növ transmissiya sistemlərinə tövsiyyə olunur. Yapon, koreya, avropa istehsalı avtomobillərdə o cümlədən BMW, Daewoo, Honda, Hyundai, Infiniti, Isuzu, Jaguar, KIA, Land Rover, Lexus, Mazda, Mitsubishi, Nissan, Saab, Subaru, Suzuki, Toyota, Volkswagen və Volvo istifadə oluna bilər.

Havoline ATF Type F

Ford , Mercury və Lincoln minik avtomobillərinin avtomatik transmissiyaları üçün , və həmçinin daha yüksək friksion xarakteristikası olan F tipli mayenin tələb olunduğu 1977 ci ilə dək ford Motor Company istehsalı olan yüngül kommersiya avtomobillərinə tövsiyyə olunur. Havoline Automatic Transmission fluid Type F Ford M2C33-F daha ilkin spesifikasiyalara uyğun gəlir. Yüksək yüklənmələrə qarşı qarşıdurma qabiliyyəti vardır , korroziya və aşınmadan həmçinin köpük yaranmasından müdafiə edir. Mümkün axma və rahat tanınma üçün maye qırmızı rəngə boyanmışdır.

ATF SP III; ATF DİA SP III

Mitsubishi şirkətinin müasir tələblərinə cavab verən avtomatik ötürmələr üçün transmission maye. Mitsubishi və Hyundai şirkətlərinin müasir avtomobillərinin avtomatik ötürmə qutularında və sükanın hidravlik gücləndirici sistemində istifadə üçün xüsusi sürtgü materialı. Hidroaparıcılı, sükanın hidrogücləndiricili və servo aparıcılı bir çox transmissiyalar üçün tövsiyyə edilir. Geniş temperatur diapazonunda ötürmənin axıcılığını təmin edir. Bu Mitsubishi və Hyundai istehsalçısının SP III keyfiyyətinə cavab verən mayeni tövsiyyə etdiyi istənilən transmissiya üçün əla seçimdir. Step-tronic, Tip-tronic və avtomatik ötürmə qutularında istifadə oluna bilər.

ATF +4

Automatic Transmission fluid VI General motors şirkətinin DEXRON-VI və ya DEXRON-III mayelərinin tələb olunduğu transmissiyalarda istifadə üçün istehsal olunmuşdur. Bu istehsalçının General Motors GMN 10060 spesifiasiyalı mayeni tövsiyyə etdiyi istənilən transmissiyya üçün əla seçimdir. Chevron Automatic Transmission Fluid VI – Allison C-4, ATF +3, ATF +4  və ya Mercon tipli yağların spesifikasiyalarının tələb olunduğu transmissiyalarda istifadəsi məsləhət görülmür.

Havoline ATF+4

Chrysler şirkətinin istehsalı olan avtomatik transmissiyalarda həmçinin Mopar ATF PLUS, ATF+2, ATF+3 və ya ATF+4 mayesinin tələb olunduğu başlıca avtomatik ötürmə qutularında  istifadə üçün işlənib hazırlanmışdır. Xüsusi seçilmiş qatılaşma dərəcəsi və friksion xarakteristikası müasir avtomatik transmissiyaların effektiv işini təmin edir. Havoline Automatic Transmission FluidATF+4 ChryslerCorporation şirkəti tərəfindən 40630035 nömrəli lisenziya ilə qeydiyyata alınmışdır. Chrysler Group transmissiyaları üçün rəsmi təsdiqlənmə və zəmanəti var. DEXRON və ya MERCON yağlarının tələb olunduğu avtomatik transmissiyalarda istifadə olunması tövsiyyə olunmur.

ATF Mercon V

Chevron Automatic Transmission fluid MERCON V – avtomatik transmissiyalar üçün transmission mayedir, Ford Motor Company tərəfindən istehsal olunan MERCON V və ya DEXRON-III (H)tipli yağların tələb olunduğu nəqliyyat vasitələrində istifadə üçün tövsiyyə olunur. Yüksək keyfiyyətli təməl yağlardan va turşulanmanın qarşısını alan və termik stabilliyi təmin edən, sürtünməni nəzarətdə saxlayan, yükdaşıyan aşqarlar, korroziya və aşınmadan müdafiəni təmin edən aşqarlar, çöküntülərin, küllənmənin və köpüyün yaranmasının qarşısını alan aşqarlardan hazırlanmışdır.

Havoline Synthetic ATF Multi-Vehicle DEXRON-VI

Havoline Synthetic ATF Multi – Vehicle DEXRON-VI avtomatik transmissiyalar üçün transmission maye General Motors tərəfindən 2006-cı il və daha müasir isehsal olunmuş avtomatik transmissiyalar işlənib hazırlanmışdır. Maye ən öncül texnalogiyalarla hazırlanıb. Avtomatik transmissiyalarda və DEXRON-VI spesifikasiyalı mayenin tövsiyyə olunduğu avtomatik qutuların əsas blokunda istifadə üçün General Motors şirkətinin müsbət rəyi mövcuddur. Maye müasir altı və daha çox ötürməli bir çox müasir transmissiyalara uyğun gəlir.

Cognis Emgard 2805

Emgard 2805 avtomatik transmissiya üçün yüksək keyfiyyətli universal maye. Emgard 2805 ən ağır şəraitlərdə istifadə olunur. Emgard 2805 TES-​​295  mayesi tələb edən Allison C-4  və  ETC  transmissiya sistemlərində istifadə üçün nəzərdə tutulmuşdur.

Dəyişmə periodu 400% ə qədər artır (150 000 mil).Emgard 2805 tərkibində kükürd, azot və ya parafin olmayan təmiz sintetik təməl yağı RAO əsasında hazırlanmışdır.

ATF MD-3

Chevron Automatic Transmission fluid MD-3 – General Motors, Ford Motor Company və istehsalçıların 2006 ci ilə qədər istehsal olunan sərnişin və yüngül yük avtomobillərində quraşdırılmış bir çox avtomatik transmissiyalar üçün nəzərdə tutulan və yüksəkkeyfiyyətli, universal və effektiv transmissiya mayesidir.

Çox aşağı temperaturda mükəmməl xarakteristikanı və istənilən hava şəraitində axıcı ötürməni təmin edir. Hidravlik sistem, nasoslar və kompressorlar üçün yüngül  yağ kimi istifadə olunur.

Mexaniki ötürmə qutusu və xüsusi texnika üçün transmissiya yağlar

Delo Synthetic Gear Lubricant

Premium sinif sintetik transmissiya yağı. Yüksək yüklənməli ekstrimal istismar şəraitdə istifadə üçün xüsusi olaraq hazırlanmışdır.

Sintetik karbohidratlı turşulanmaya qarşı yüksək termik davamlılığı və stabilliyi, həmçinin aşağı qatılaşma temperaturu olan yüksək indeksli təməl yağlarından hazırlanır. 75W-90 və ya 80W-140 qatılaşmalıdır və API GL-4, GL-5 и MT-1, SAE J 2360 (daha öncəki MIL-PRF-2105E) tələblərinə cavab verir. Dana Corp., Spiser Axle Division, SHAES 256 REV C (SAE 75W-90), SHEAS 256 REV A (SAE 80W-140), Eaton Corp. E500 PS-163 (SAE 75W-90), Mack GO-J (SAE 75W-90), Meritor O-76N Extended Drain, STEMCO PPS + (SAE 75W-90) tərəfindən təsdiqlənmişdir. Bu təsdiqlər Dana, Eaton və Meritor körpülərində 800.000 km yürüyüş və ya genişləndirilmiş zəmanət olduğu halda 1.200.000 km intervalla yağın dəyişilməsini nəzərdə tutur.

RPM Synthetic Gear Lubricant

Chevron RPM Universal Gear lubricant avtomobilin transmissiyasının kəsintisiz və uzun müddətli işini təmin etmək üçün yaradılmışdır. Onun kükürd-fosfor aşqarları çarxların işlək səthlərinin böyük yüklənmə altında tezvaxtlı aşınmasının və parçalanmasının qarşısını alır. Avtomobillərin mexaniki ötürmə qutuları, gücləndirilmiş ötürmə qutuları,  hipoidli differensial və yağdoldurulmuş sükan mexanizmi üçün tövsiyyə olunur. Bundan başqa məhsul bərpadan sonra və ya yeni  məhdudlaşmış sürtünməli  differensiallara  əlavə olunmaq üçün istifadə oluna bilər.

Artic Drive Train fluid SAE 20

Yüksək yüklənməli ekstrimal istismar şəraitdə istifadə üçün xüsusi olaraq hazırlanmışdır.Caterpillar TO-4 tipli mayenin tələb olunduğu transmissiyalarda, əsas ötürmələrdə və hidravlik sistemlərdə istifadə üçün nəzərdə tutulan yüksək keyfiyyətli sintetik mühərrik yağıdır.

ATF Heavy Duty 389

DEXRON-III H üçün General Motor şirkəti tərəfindən hazırlanmış və təsdiqlənmiş HD-389 avtomatik transmissiyaları üçün maye. II qrup aşqarlar və təməl yağları əsasında hazırlanmışdır ki, bu da turşulanmanın və termik stabillik qarşısını alır, sürtünmənin idarəsi, korroziya yaranmasının qarşısını alır və aşınmadan müdafiə edir, depozitlərin yaranmasının, küllənmənin və köpüklənmənin qarşısını alır.

Delo Gear Lubricants ESI SAE 80W-90, 85 W-140.

Ağır yüklənməli çoxfunksialı premium sinif yağlar. ISOSYN™ təməl yağları əsasında hazırlanır, məhdudiyyətsiz borat birləşməli unikal patentləşmiş aşqarların əlavəsi ilə hazırlanır. Əlavə olaraq tərkibində aşınmanı azaldan, həmçinin turşulanma inhibitorları, korroziya, paslanma və köpüklənməni azaldan aşqarlar kompleksi var. Chevron Delo Gear Lubricants ESI transmission yağları olduqca yüksək temperatur dərəcəsinin zərərli təsirindən və nəmişlik şəraitində yüklənmənin ötürmə qutularında istifadəsi üçün idealdır. Delo Gear Lubricant ESI SAE 80W-90 çoxsaylı sınağları göstərir ki, bu məhsul Dana, ArvinMeritor, və Mack kimi aparıcı istehsalçıların aparıcı oxlarında 500.00dən 750.000 mil intervalla istifadə oluna bilər.

RPM Universal Gear Lubricants SAE 80W-90, 85W-140

RPM Universal Gear lubricant avtomobil transmissiyalarının uzunmüddətli və ilişməsiz işini təmin etmək üçün yaradılmışdır. Tərkibində olan kükürd-fosfor aşqar kompleksi dişli çarxların işlək səthini vaxtından əvvəl aşınmadan və böyük yüklənmə altında parçalanmadan qoruyur.  Avtomatik mexaniki ötürmə qutuları, əlavəli ötürmə qutusu, hipoidli differensialları və yağ doldurulmuş sükan mexanizmi üçün tövsiyyə olunur. Bundan başqa məhsul bərpadan sonra və ya yeni  məhdudlaşmış sürtünməli  differensialara  əlavə olunmaq üçün istifadə oluna bilər.

Supreme LS Gear lubricant

Chevron Supreme LS Gear lubricant yüksək keyfiyyətli transmissiya yağdır. Tərkibində sürtünmə modifikatorları vardır və buna görə də həm tamamlama həm də yüksək sürtünmə differensiallarında tam dəyişmə üçün tətbiq oluna bilər. Kükürd – fosforlu aşqarlar və termik stabil hidrokrekinq təməl yağlarının, (II qrup) həmçinin gərəkli friksion xüsusiyyərtləri vermək üçün sürtünmə modifikatorların (LS- aşqarlar) istifadəsi ilə istehsal olunur. Bundan başqa tərkibinə korroziya və turşulaşma inhibitorları, köpüklənməyə qarşı aşqar və depressor vardır. Chevron Supreme LS Gear lubricant yağında yüksək təziq aşqarı (Extreme Pressure) aşınmanı və çarxların ilişkənliyini , möhkəmliyi metalın öz möhkəmliyindən aşağı olan xüsusi qoruyucu təbəqə yaratmaqla azaldır. Sürtünmə modifikatorları yüksək sürtünmmə differensiallarında adı birləşmələrin hər hansı bir keyfiyyət itkisinə yol vermədən gərəkli friksion xüsusiyyətləri təmin etməsi üçün  xüsusilə seçilmişdir.

Delo Synthetic Transmission fluid SAE50

Chevron Delo Synthetic Transmission fluid transmission mayesi magistral yük avtomobillərinin mexaniki ötürmə qutularında istifadə olunması üçün xüsusilə hazırlanıb. Eaton, ArvinMeritor və Mack kimi aparıcı transmissiya sistem istehsalçılarının ağır yüklənməli mexaniki ötürmə qutuları üçün istehsal olunur. Bu məhsulun tətbiqi hətta ən aşağı temperaturda belə sürətin ötürülməsini rahatlaşdırır həmçinin soyuq işə salınma və ötürmələr zamanı aşınmanı azaldır.

Delo Transmission fluid ESI SAE 40

Chevron Delo Trans fluid ESI  Eaton və ArvinMeritor şirkətlərinin istehsalı olan magistral yük maşınlarının mexaniki ötürmə qutuları üçün ən yeni “premium”  sinifi transmissiya mayesidir. Chevron Delo Trans fluid ESI transmission mayesi 150 yük maşını üzərində 5 illik uzunmüddətli sınaqlardan keçib.  800 000 km yürüyüşdən sonra digər transmission yağlarla müqayisədə ötürmə qutusunun minimal aşınması qeydə alınmışdır ki, bu da Chevron Delo Trans fluid ESI yağlarının böyük dəyişmə intervallı ötürmə qutularında istifadəsinin mümkünlüyünü təsdiq edir.

Torque Fluid

Chevron Torque fluid – Alisson C4 xüsusiyyətlərinin tələblərinə cavab verən  yağların istifadəsi nəzərdə tutulan yaxşı istismar xüsusiyyətləri olan, transmissiyalar və hidravlik sistemlərdə istifadə üçün təyin olunmuş hidravlik sistemlər üçün mayedir.Bu maye yüksək yüklənməli ekstrimal istismar şəraitdə istifadə üçün xüsusi olaraq hazırlanmışdır.

Drive Train Fluid – MP

Chevron Drive Train fluids MP transmission mayesi effektiv sürtgü materialıdır, Caterpillar TO-4M və ya Allison C4 tələblərinə cavab verən maye nin tələb olunduğu ötürmə qutuları, baş ötürmələr və hidravlik sistemlərdə istifadəsi nəzərdə tutulmuşdur.Bu maye yüksək yüklənməli ekstrimal istismar şəraitdə istifadə üçün xüsusi olaraq hazırlanmışdır

Drive Train Fluid HD SAE 10W-30,50,60

Chevron Drive Train Fluids HD – yüksəkkeyfiyyətli transmissiya-hidravlik mayedir, Caterpillar TO-4 və ya Allison C4 sertifikatlaşmasının tələblərinə cavab verir. Yağın istifadəsinin tövsiyyə olunduğu, əsas və bort ötürmələri hidravlik sistemlərdə ötürmə qutular üçün nəzərdə tutulmuşdur.

RPM Synthetic Transmission fluid

Chevron RPM Synthetic Transmission Fluid magistral yük avtomobillərinin ötürmə qutularında istifadə üçün xüsusi işlənib hazırlanmış transmissiya mayesidir. Aşağı temperaturda yüksək axıcılıq və yüksək qatılaşma indeksinə malikdir , ilin istənilən vaxtı istənilən iqlim şəraitində istifadə oluna bilər. Bu məhsulun istifadəsi hətta ən aşağı temperaturlarda  ötürmələri asanlaşdırır həmçinin soyuq işə salınmada və ötürmədə aşınmanı azaldır.