STS International şirkəti Azərbaycandaki Amerika Ticarət Palatasına daxil olmuşdur

trend - копияYanvarın ortalarında STS International şirkəti Azərbaycanda, Amerika Ticarət Palatasına (American Chamber of Commerce in Azerbaijan) daxil olunmuşdur.

“Bizim üçün Amerikanın ən böyük korporasiyalarına, aparıcı avropa və azərbaycan şirkətlərinə qoşulmaq böyük şərəfdir”- deyir, STS International şirkətinin icraçı direktoru, Mehman Hüseynov.
STS International dünyada ən böyük sürtgü materialları istehsalçılarından biri olan Chevron Lubricants Amerika korporasiyasının Azərbaycandaki rəsmi distribyutorudur.
“Biz hesab edirik ki, Azərbaycanda Amerika Ticarət Palatasında üzvlük ilk növbədə bizim şirkətin yerli şirkətlərin nümayəndələri ilə dialoq aparmağa imkanı verəcək, həmçinin davamlı işgüzar əlaqələrin formalaşdırılmasına və həyata keçirilməsinə kömək edəcəkdir”.

Azərbaycanda Amerika Ticarət Palatası 1996-ci ildə yaradılıb. Palata qeyri-hökumət qeyri-kommersiya təşkilatıdır, ABŞ Ticarət Palatasına (United States Chamber of Commerce, USCC) aiddir, Azərbaycan ərazisində nümayəndəlik formasında fəaliyyət göstərir.

Bu gün palata üzvlüyündə 200-dən artıq Azərbaycan şirkəti vardır. Qərb şirkətləri hakimiyyət orqanları, azərbaycanlı əməkaşlar arasında əlaqələndirici vasitə kimi çıxış edərək, palata Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait formalaşmasına kömək edir, biznesin normal fəaliyyəti və qarşılıqlı qərarların ümumi problemlərin aşkar edilməsi üzərində işləyir.

http://az.trend.az/capital/business/2234685.html